GündəmSağlamlıq

Koronavirusa yoluxanların sayı azaldı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

AzToday.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 39 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 225 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 689 031, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 043 744, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 645 287 təşkil edir.

Bənzər yazılar

Back to top button