İdman

“Mançester Yunayted” Ronaldunu icarəyə vermək istəyir

“Mançester Yunayted” hücumçusu Kriştianu Ronaldunu icarəyə verməkdə maraqlıdır.

Fanat.az xəbər verir ki, informasiyanı “Mirror” yayıb.

Xəbərə görə, “qırmızı şeytanlar”ın rəhbərliyi 37 yaşlı ulduzun müqaviləsinin müddətini 2024-cü ilə qədər uzatmasını və 2022/2023 mövsümünü icarə əsasında başqa klubda keçirməsini arzulayır. Yazılanlara inansaq, MY bossları Ronaldunun Çempionlar Liqasında çıxış edən klubda oynamaq istəyini həyata keçirəndən sonra geri qayıtmasını daha uyğun variant sayırlar.

Daha öncə “7 nömrə”nin “Atletiko Madrid”ə keçəcəyi ilə bağlı məlumatlar yayılıb.

Ronaldunun Mançester təmsilçisi ilə olan indiki anlaşmasının müddəti 2023-cü ilin yayında başa çatacaq. Sözləşmədəki bəndə əsasən, futbolçu müqaviləsini daha 1 il uzatmaq hüququna malikdir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button