Dünya

Türkiyə kəşfiyyatı “Kendal erməni”ni zərərsizləşdirdi

Terror təşkilatı PKK-YPG-nin qondarma Aynularab (Kobani) əyalətinin rəhbəri Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən məhv edilib.

Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “Kendal erməni” kod adlı Şahin Tekintanğaç xüsusi əməliyyatla zərərsizləşdirilib.

Təhlükəsizlik qüvvələri əvvəllər Ağrı, Qars, Van, Bingöl, Bitlis və digər kəndlərdə terror təşkilatı adına fəaliyyət göstərən terrorçu Tekintanğaçın yerini müəyyən edib. Vaxtaşırı sərhəd xəttində terror aktları törətmiş qondarma Aynularab əyalətinin rəhbəri Tekintanğaç MİT-in xüsusi əməliyyatı ilə zərərsizləşdirilib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button