Dünya

Ərəblər 1 trilyona göydələn tikir: 5 milyon nəfər yaşayacaq – FOTO

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman 2021-ci ilin yanvarında “Mirror Line” (Güzgü xətti) göydələninin inşa ediləcəyini elan etmişdi.

Yeniavaz.com xəbər verir ki, “Wall Street Journal” Neom adlı səhra şəhərinin bir hissəsi olacağı bildirilən bu nəhəng layihənin təfərrüatlarını açıqlayıb.

Bildirilir ki, “Mirror Line” bir-birinə paralel olaraq hündürlüyü 487 metr olan iki binadan ibarət olacaq. Binanın bərpa olunan enerji ilə təchiz edilməsi də nəzərdə tutulur.

Mühəndislər Salmanın istədiyi göydələnin tikintisinin 50 il çəkə biləcəyini desələr də, şahzadə Salman “Mirror Line”ın 2030-cu ilə qədər hazır olacağını gözləyir.

Bildirilir ki, dəyəri təxminən 1 trilyon dollar olaraq ölçülən layihə tamamlanarsa, beş milyon insanı qəbul edə biləcək. Binaların altından sürətli qatarın keçəcəyi bildirilir. Həmçinin qayıqlar üçün liman da olacaq. Layhidədə yerdən 304 metr hündürlükdə inşa ediləcək idman meydançası da nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button