Hadisə

Dövlət qurumlarına göndərilən 816 min e-mail zərərli tərkibli olduğu üçün blok edilib

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti tərəfindən dövlət qurumları üçün yaradılan dövlət elektron poçt xidmətində 1-ci rüb ərzində ümumilikdə 7 milyon 839 min elektron poçt emal edib, onlardan 6 milyon 908 mini istifadəçilərə çatdırılıb, 816 mini zərərli tərkibli olması ilə blok edilib, 115 mini isə şübhəli elektron poçt kimi karantinə götürülüb.

Bu barədə Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsiziliyi Dövlət Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, xüsusi mühafizə avadanlıqları ilə təmin olunmuş elektron poçt sistemindən hazırda dövlət qurumlarının 30.000 əməkdaşı istifadə edir.

Bənzər yazılar

Back to top button