CəmiyyətManşet

Sahil Babayevə ünvanlı iki şikayət: Toyuğu bəhanə edib yardım vermirlər (VİDEO)

Quba rayonu, Gəray kənd sakini Əzizov Fəxrəddin İspat oğlu ona ünvanlı sosial yardım ala bilməməsindən şikayət edir.

Onun sözlərinə görə, 8 nəfərlik ailəsi çox böyük çətinliklə dolanır:

“İş yerləri yoxdur, sosial yardım almaq üçün müraciət elədik, gəlib yoxlayıb bir bəhanə ilə imtina qərarı verdilər. Prezidentimizin kasıb təbəqə üçün ayırdığı məbləği bizə vermirlər. Müvafiq qurumlara etdiyimiz şikayətlərə baxan yoxdur…”

Gəray kəndinin başqa bir sakini Hacıyev Şahin Sadiq oğlu da ünvanlı sosial yardım ala bilmir. Onun sözlərinə görə, 10 ay əvvəl sosial yardım almaq üçün müraciət eləsə də, müxtəlif bəhanələrlə ona yardım ayrılmayıb:

“Bir dəfə toyuğu, bir dəfə də həyatyanı sahəni bəhanə ediblər. 6 dəfə ərizə dəyişmişəm, aidiyyati qurumlarda xahiş edirəm ki, mənim ailə vəziyyətimi nəzərə alsınlar…

Bənzər yazılar

Back to top button