Hadisə

Ağalı kəndinə qayıdan qadın xəstəxana olmadığına görə vəfat edib?

Xəbər verdiyimiz kimi, ötən həftədən etibarən işğaldan azad olunmuş Zəngilanın Ağalı kəndinə əhalinin məskunlaşması prosesi başlayıb.

Ağalıya qayıdan ağır xəstəliyi olan 57 yaşlı qadının kənddə tibb məntəqəsi olmadığına görə ağırlaşmadan vəfat etməsi xəbəri yayılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

“2 gün qabaq Brüsseldə dostlardan biri ilə görüşəndə, dedi ki, qohumumuz Zəngilanda yeni açılan Ağalı kəndinə qayıdıb, amma ağır xəstəliyi var, müraciət edib, ağıllı kənddə xəstəxana olmayıb. 103-ə zəng ediblər, gələn olmayıb. İndi mediada oxuyuram ki, “29 il sonra Ağalıya qayıdan 57 yaşlı qadının sevincdən ürəyi partlayıb öldü” başlığı ilə paylaşırlar. Sevincdən ölməyib, həkimsizlikdən, xəstəxananın olmamasından ölüb, dəqiq bildiyim üçün yazıram”, – H. Müntəzir qeyd edib.

Xatırladaq ki, mediada 29 il sonra Ağalıya qayıdan 57 yaşlı qadının sevincdən ürəyi partlayıb ölməsi ilə bağlı xəbər yayılıb.
Xəbərdə bildirilib ki, köç prosesi bədbəxt hadisə ilə müşahidə olunub:

“Belə ki, Kübarə Sultanova adlı qadın 29 il sonra doğma yurda dönməyin həyəcanına tab gətirməyərək, ürəktutmasından vəfat edib. K.Sultanovanın 57 yaşı olub. Mərhumə doğma kənddə torpağa tapşırılıb”.

Bənzər yazılar

Back to top button