İqtisadiyyat

“Nar” yeni dizaynlı mağazasını təqdim etdi

“Nar” Bakı şəhəri, Hüseynbala Əliyev 4 ünvanında, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən diler mağazasının açılışını etdi. Yeni konseptə uyğun olaraq açılan “Nar” mağazası Nəsimi rayonu və ətraf ərazilərdə yaşayan müştərilərin rahatlığı və onlara göstərilən xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədini daşıyır.

Mağazada “Nar” nömrələrin satışı ilə yanaşı, “Nar” nömrələrin sifarişi və zədələnmiş “Nar Kart”ların yüklənməsi kimi xidmətlər həyata keçirilir. “Nar” abunəçilərinə rahat və keyfiyyətli müştəri xidmətləri göstərmək üçün mağaza mobil operatorun brend qaydalarına uyğun təmir olunub və artıq fəaliyətə başlayıb. Qeyd edək ki, mağaza həftənin bütün günləri, saat 10:00-19:00 arası işləyir.

“Nar” mağazaların ünvanı və xidmətlər haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az/map

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayıb. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmiş və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə vermişdir. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Bənzər yazılar

Back to top button