İdman

“Real Madrid” forvardını 10 milyona satır – Yeni klubu bilindi

“Real Madrid”in hücumçusu Borxa Mayoral karyerasını digər İspaniya təmsilçisində davam etdirməyə yaxındır.

Fanat.az “Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı forvard “Hetafe”yə keçmək üzrədir.

Mənbə tərəflərin sözügedən oyunçunun transferi ilə bağlı razılığa gəldiklərini açıqlayıb. Xəbərə görə, “Hetafe” bu keçid üçün “Real”a 10 milyon avro ödəyəcək və ön xətt oyunçusu ilə 5 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, Mayoral 2021/22 mövsümünü icarə əsasında “Hetafe”də keçirib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button