Cəmiyyət

Misir Mərdanovdan Emin Əmrullayevə qədər gələn axsaq təhsil “yolu” – FAKT/FOTO

Təhsil Nazirliyinin rus bölməsində “Azərbaycan dili” fənni üzrə təhsil alanlara təqdim etdiyi dərslik əsl dilçilik “nümunəsidir”.

Tia.az-ın xəbərinə görə, 2-ci sinif şagirdlərinə ana dilinin qrammatikasını öyrətməyə iddialı olan dərslik müəllifləri rüsvayçı səhvlərə yol veriblər. Amma Təhsil Nazirliyində dərslikləri hazırlayanların özlərinə Azərbaycan dilinin qrammatikası tədris olunmalıdır. Məsələn, həmin dərs vəsaitindən təqdim edilən faktdan görünür ki, adi “burada” yazmalı olduğu halda, “burda” qeyd olunub. Təhsil Nazirliyində dərslik hazırlayanlar primitiv məsələləri bilmirsə, şagirdlərə öyrətmək kimi mənəvi hüquqlarını itirmiş olmalıdırlar. Təəssüf ki, Misir Mərdanovdan Emin Əmrullayevə qədər böyük bir “yol” gələn təhsilimiz axsaq və topal gündə qalmaqdadır. Bəli, təhsil millətin gələcəyidir, amma şikəst təhsil yox…

Bənzər yazılar

Back to top button