Hadisə

Məhkəmə Rasim Məmmədov haqda qərar verdi

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

AzToday.az Qafqazinfo-ya istinadən xəbər verir ki, istintaqın təqdimatı ilə məhkəmə R.Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

R.Məmmədovun dövlət tərəfindən təyin edilən vəkili Anar Hadıyev “Qafqazinfo”ya açıqlamasında məhkəmənin qərarından şikayət verib-verməyəcəklərini açıqlamayıb: “Mənim müdafiə etdiyim şəxs bildirib ki, jurnalistlərə müsahibə verməyim. Mən də vəkil sirrini qorumaq üçün bunu poza bilmərəm. Rasim Məmmədov ittihama münasibətini də açıqlamır. İstintaq bitdikdən sonra hər şeyə münasibət bildiriləcək”.

Xatırladaq ki, Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.

R.Məmmədov barəsində Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 178.4-cü (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.4-cü (Mənimsəmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb.

Bənzər yazılar

Back to top button