Hadisə

Kəmaləddin Heydərovun şirkəti cərimələndi

“Gilan” MMC-yə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkətin barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İddia hakim Azər Tağıyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib.

Qeyd: Mətbuatda “Gilan Holdinq”in fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olduğu bildirilir.

Bənzər yazılar

Back to top button