İdman

Messi “Mançester Siti”də?

“Barselona”nın hücumçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az “Fox Sports”un jurnalisti Kristian Martinin “Instagram” hesabına istinadən xəbər verir ki, Leonun “Mançester Siti”yə keçmək ehtimalı yaranıb:

“Messinin “Mançester Siti”yə keçmək ehtimalı olduqca realdı. Xəbəri Kataloniya və İngiltərədəki mənbələrim də təsdiqləyiblər. Anlaşma bütün tərəfləri qane edəcək”.

Argentinalı futbolçu “Mançester Siti”yə transfer olacağı təqdirdə, yenidən Pep Quardiolanın rəhbərliyi altında oynamaq imkanı əldə edəcək.

Qeyd edək ki, “Cadena SER” radiosu Messinin 2021-ci ildə “Barselona”dan ayrılmaq qərarına gəldiyinə dair xəbər yayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button