Mədəniyyət

“Prezident nə deyirsə, onunla da hərəkət edirik…” – Xalq artistinin xanımı

“Nə onun, nə də mənim yaşım küçəyə çıxmağa imkan verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü xanım deyib.

Gülü xanım qeyd edib ki, Rəmiş evdə qətiyyən darıxmır:

“Pandemiya dövründə Hacı Nuran bizə qonaq gəlmişdi, Rəmişə pay gətirmişdi. Rəmiş bütün günü evdədir, qaydalara əməl edir. Nə onun, nə də mənim yaşım küçəyə çıxmağa imkan verir. Yaş da özünü göstərir. Evdə otururuq. Qətiyyən darıxmır, artıq öyrəşib. Əslində, pandemiyadan da əvvəl Rəmiş evdən az-az hallarda çıxırdı. Ağ ciyərində oksgen çatmır. Ürəyi istəyəndə musiqi ifa edir, istəməyəndə televizora baxır. Prezident nə deyirsə, onunla da hərəkət edirik. Vəziyyətlə bağlı heç kim heç kimin evinə qonaq getmir”.

Gülü xanım deyir ki, dünyada Azərbaycan kimi ölkə yoxdur:

“Bizim millət bir-biri ilə dartışa bilər, amma çətin gündə bir-birinə əl tutub, yıxılanın yanında olar. Dövlətimiz çox gəzəldir”.

Bənzər yazılar

Back to top button