İdman

“Barselona”nın qapıçısı İtaliya klubuna havayı qismət olacaq

“Barselona”nın qapıçısı Norberto Neto karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.az-n məlumatına görə, informasiyanı sosial şəbəkə hesabı üzərindən tanınmış insayder Nikolo Skira yayıb.

Mənbə Kataloniya klubunun 33 yaşlı qolkiperin müqaviləsinə vaxtından əvvəl xitam verməyi planlaşdırdığını və onun “Napoli”yə keçməyə yaxın olduğunu vurğulayıb. Xəbərə görə, Neapol təmsilçisi azad agent qismində heyətə qatmağı hədəflədiyi Neto ilə 2 illik anlaşma imzalamaq niyyətindədir.

Qeyd edək ki, sözügedən qapıçı “Barselona”ya 2019-cu ildə, 26 milyon avro qarşılığında “Valensiya”dan transfer olunub. Kataloniya təmsilçisinə keçəndən bəri əsas “çərçivə” qoruyucusu Mark-Andre ter Ştegenin əvəzləyicisi funksiyasını yerinə yetirən Neto cəmi 21 matçda forma geyinərək 20 qol buraxıb və 7 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.

Bənzər yazılar

Back to top button