İdman

“Ayaks”ın yeni baş məşqçisi bilindi – RƏSMİ

“Ayaks”ı “Mançester Yunayted”ə dəyişən Erik ten Haqın yerinə təyinat reallaşıb.

Fanat.az Amsterdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda Alfred Şröderə tapşırılıb.

Tərəflər sonradan daha 1 illiyə uzadılması nəzərdə tutulmaqla, müddəti 2024-cü ilə qədər olan müqaviləyə imza atıblar.

Qeyd edək ki, bu ilin yanvarından “Brügge”ni çalışdıran mütəxəssis daha öncə də “Ayaks”da işləyib. O, baş məşqçi postunda əvəzlədiyi ten Haqın köməkçilərindən biri olub.

Bənzər yazılar

Back to top button