Gündəm

Mövqelərimiz atəşə tutuldu

İyulun 14-də gündüz saatlarında Azərbaycan ordusunun Qarabağ və Naxçıvan Muxtar Respublikasındakı mövqeləri yenidən atəşə tutulub.

Belə ki, iyulun 14-də saat 10:55-də ermənilər Azərbaycan ordusunun Şuşa və Xocalı rayonları istiqamətində mövqelərini atıcı silahlardan atəşə tutublar, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Bundan əlavə, saat 13:39-dan 13:50-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Azərbaycan ordusunun bölmələri cavab tədbirləri görüblər, məlumatda deyilir.

Bənzər yazılar

Back to top button