Dünya

Türkiyədə yeni partiya təsis edilir

Türkiyə Böyük Millət Məclisinin bitərəf deputatı Öztürk Yılmaz sədrlik etdiyi Yenilik Partiyasının qeydiyyata alınması ilə bağlı Daxili İşlər Nazirliyinə ərizə verib.

Qaynarinfo xəbər verir ki, bu barədə Habertürk nəşri məlumat yayıb. Lazımi sənədlərin partiyanın qurucu üzvləri tərəfindən bu gün ölkənin Daxili İşlər Nazirliyinə təqdim edildiyi bildirilib. Partiyanın üzvlərindən olan Nazim Özər nazrlik qarşısında verdiyi açıqlamada yeni partiyanın ölkəyə və millətə xeyrli olmasını diləyib.

Türkiyənin bu yeniliyə ehtiyacı olduğunu deyən Özər partiya daxilində gənclərə və qadınlara mümkün olduğu qədər üstünlük verməyə çalışacaqlarını bildirib.

O, həmçinin partiyanın sədri Öztürk Yılmazla birgə Anıtkabir abidəsini ziyarət edəcəklərini, ardından da mətbuat konfransı keçirəcəklərini bildirib.

Bənzər yazılar

Back to top button