İdman

“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm”

“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Sürix”lə (İsveçrə) keçirəcəyi cavab matçı üçün təşkil edilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

AzToday.az Qol.az-a istinadla xəbər verir ki, Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri baş məşqçi Qurban Qurbanova rus dilində sual verib və qeyd edib ki, onun daha əvvəl rus dilində danışdığını eşidib. Baş məşqçi isə cavabında “Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm” deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Qeyd edək ki, sabah keçiriləcək “Sürix” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Bənzər yazılar

Back to top button