Siyasət

Ramin Quluzadənin rəhbərlik etdiyi bu qurum ləğv olunur

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsi (VÖEN – 1200296601) ləğv olunduğunu elan edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, ləğv elanında kreditorların iki ay ərzində tələblərini Bakı şəhəri, Xəzər rayonu, Aruz Mirzəyev küçəsində yerləşən ünvana bildirmələri istənilir.

Məlumat üçün bildirək ki, İşlər İdarəsi Prezidentin Administrasiyasının tərkibinə daxil deyil. Bu qurum Prezidentin və Administrasiyanın fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. 2021-ci ildən İşlər İdarəsinə sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik edir.

Bənzər yazılar

Back to top button