Cəmiyyət

Avropa Məhkəməsinə çıxış yolu qısalır

Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət müddəti azalır. Fevralın 1-dən Avropa Məhkəməsinə yekun milli məhkəmə qərarından sonrakı 4 ay ərzində şikayət etmək mümkün olacaq. İndi müddət 6 aydır. Aihmaz.org-un məlumatına görə, yeni qayda yekun qərarların 1 fevral 2022-ci il və sonrakı tarixlərdə verilməsi hallarına şamil olunur.

Yenilik Avropa İnsan Hüquqları Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 saylı protokolun tələbidir. 15 saylı protokol 2013-cü ildə qəbul olunub. Avropa Şurasına üzv dövlətlərin ratifikasiya etdiyi sənəd 1 avqust 2021-ci ildə qüvvəyə minib.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir.

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin yurisdiksiyasındadır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button