Hadisə

Aparıcının qaziyə dediyi söz müzakirələrə səbəb oldu – VIDEO

Azərbaycanlı aparıcı Azər Zahidin qazilərlə görüşü zamanı səsləndirdiyi ifadə sosial şəbəkədə müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, hadisə aparıcı qazilərə pul ianələri verərkən yaşanıb. Belə ki, A. Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə zərfin içərisində pulu verərkən “Onsuz da saya bilməyəcəksən”, – deyib.

Bu isə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Aparıcı məsələ ilə bağlı Baku.ws-ə açıqlama verib. O, sözügedən videonun bütöv versiyasını kəsib paylaşanların onu nüfuzdan salmaq istədiyini bildirib: “Videoda 3 qazi var. Mən maddi yardım olaraq öz cibimdən hərəsinə 1000 dollara yaxın, təxmini 1600 AZN pul vermişəm. Yayılan görüntülər həqiqəti əks etdirmir. O videonun uzun versiyası var. Sadəcə məni gözdən salmaq istəyənlər o hissəni kəsərək paylaşıb. “Sən onsuz da saya bilməyəcəksən” sözlərini dediyim qazinin xalası oğlu da orada idi. O məqsədlə dedim ki, yəni pulları xalan oğlu sayar”.

Bənzər yazılar

Back to top button