İqtisadiyyat

AZAL helikopterləri yenə hərraca çıxarır – 200 min daha ucuza – FOTO

Xəbər verdiyimiz kimi, daha əvvəl 2 dəfə açıq hərraca çıxarılan “Azərbaycan Hava Yolları” QSC-ə (AZAL) məxsus 3 ədəd helikopter yenidən hərraca çıxarılacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Məlumatda göstərilir ki, 1 ədəd “Airbus Helicopters EC-135P2” və 2 ədəd “Airbus Helicopters EC-155B1” helikopteri 1 sentyabr 2022-ci il tarixində yenidən hərraca çıxarılacaq.

“Airbus Helicopters EC-155B1” helikopterləri 2005-ci, “Airbus Helicopters EC-135P2” helikopteri isə 2009-cu ildə istehsal olunub.
Hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 1,8 milyon manat olacaq.

Qeyd edək ki, əvvəlki hərraclar bu ilin mart ayının 1-də və iyul ayının 21-də keçirilib. Əvvəlki 2 hərracda hava nəqliyyatı vasitələrinin hər birinin start qiyməti 2 milyon manat olub.

Bənzər yazılar

Back to top button