Dünya

Dövlət Departamenti: Rusiyanın Ukraynada müharibəsi “ərazi işğalı uğrunda müharibədir”

Rusiya öz hərəkətlərilə aydın şəkildə işarə etdi ki, onun Ukraynaya hücumu müdafiə əməliyyatı deyil, “ərazi istilaları uğrunda müharibə”dir. Bu barədə çərşənbə axşamı günlük brifinqdə ABŞ Dövlət Departamentini rəsmi nümayədəsi Ned Prays bildirib.

Fevralın 24-dək “biz daim Ukrayna, NATO və ABŞ tərəfindən təhlükə ilə bağlı Kremlin müxtəlif məmurlarının yalanlarını eşitdik. Son günlərdə ruslar yeni bir yalan danışmağa başladılar. Belə ki, bazar ertəsi Xarici İşlər Nazirliyinin rəhbəri Lavrov prezident Vladimir Zelenskini və onun hökumətini “qəbuledilməz rejim” adlandırıb. Bundan öncə Putin özünü Böyük Pyotr ilə müqayisə edərək deyib ki, “Rusiyaya məxsus olan” torpaqları geri qaytarmaq lazımdır, Prays xatırladıb.

“Odur ki, Rusiyanın yüksək vəzifəli rəsmi şəxsləri Ukraynaya hücuma qədər onlardan eşitdiklərimizin hamısını dəfələrlə təkzib ediblər. Onlar aydın şəkildə işarə etdilər ki, bu, müdafiə əməliyyatı deyil, ərazi istilaları uğrunda müharibədir”, – Prays əlavə edib. (Turan)

Bənzər yazılar

Back to top button