GündəmManşetSiyasət

Dövlət Departamenti: ABŞ istənilən formatda Azərbaycan və Ermənistana yardım etməyə hazırdır

Çərşənbə axşamı Vaşinqton Azərbaycana və Ermənistana “istənilən yolla, daha effektiv olacaq formatda yardım etməyə hazır olduğunu” təsdiqləyib. Bunu günlük brifinqdə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib.

Bakının ATƏT-in Minsk Qrupuna qarşı davam edən tənqidilə bağlı Turan-ın sualına cavabında Prays deyib: “Biz 1994-cü ildən Minsk Qrupunun həmsədrləriyik, lakin biz artıq göstərmişik ki, Ermənistan və Azərbaycanın uzunmüddətli və hərtərəfli sülh əldə etməsinə kömək etmək üçün ikitərəfli əsasda da qarşılıqlı fəaliyyətə hazırıq”.

Bazar ertəsi dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərilə son telefon danışığı zamanı iki ölkə arasında əlaqələrin qurulmasına ABŞ-ın yardımını bir daha təklif edib.

Praysın sözlərinə görə, erməni və azərbaycanlı tərəfdaşlarla daimi əlaqələr və diplomatik danışıqlar sayəsində müəyyən irəliləyiş var. O qeyd edib ki, bu prosesi davam etdirmək üçün Dövlət Departamentində Blinkendən başqa həmkarlarla (Bakı və Yerevanda) qarşılıqlı fəaliyyət göstərən bir sıra yüksək vəzifəli məmurlar var.

Bənzər yazılar

Back to top button