Siyasət

Lavrov çağırış etdi: Müharibənin qarşısını almaq lazımdır

Ukraynanın Donbas bölgəsində yaranan gərginlikdən danışan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov müharibənin qarşısının alınmasının lazım olduğunu bildirib.

Xarici KİV-in xəbərinə görə, Rusiya və Ukrayna arasında Donbas bölgəsi ilə bağlı gərginlik hələ də davam edir.

Lavrov Donbasda yarım milyondan çox insanın Rusiya vətəndaşlığı aldığını və silahlı qarşıdurma ehtimalının təhlükəli nisbətlərə çatacağını vurğulayıb.Lavrov Rusiyanın Donbasa grə Ukrayna lideri Vladimir Zelenskinin sözlərinə və hərəkətlərinə cavabdeh olmadığını da söyləyib.Qeyd edək ki, 2019-cu ilin aprelində Rusiya prezidenti Vladimir Putin Ukraynanın Donbas bölgəsində Rusiya vətəndaşlığı almaq istəyən şəxslər üçün fərman imzalayıb.

Modern.az

Bənzər yazılar

Back to top button