Hadisə

İtkin düşən döyüşçü küçələrdə qalırmış – TƏFƏRRÜAT

İyulun 19-da itkin düşən Vətən Müharibəsi iştirakçısı Cavid Bədəlli bu gün tapılaraq ailəsinə təhvil verilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, müharibə veteranı bir neçə gün dostunun evində qalıb. O, daha sonra küçələrdə gecələyib.

C.Bədəllinin yaşadığı mənzili tərk etməsinə gəncin psixoloji sarsıntı keçirməsi səbəb olub.
Ətraflı

Evinə dönən veteranın vəziyyətinin yaxşı olmadığı bildirilir. Yaxınlarının dediyinə görə, C.Bədəlli müharibədən sonra şiddətli baş ağrılarından əziyyət çəkib və uzun müddət psixoloji travma yaşayıb.

Onun ailəsində ciddi problemlərin olmadığı, həyat yoldaşı və qohumları ilə münasibətlərinin normal olduğu deyilir.

Cavid Bədəllinin yaxınları DOST mərkəzində fəaliyyət göstərən sosial-psixoloji xidmətə müraciət ediblər. Həkimlər müayinədən sonra onun ağır depressiya keçirdiyini, ciddi müalicəyə zərurət olduğunu bildiriblər.

Qeyd edək ki, bir neçə gün əvvəl C.Bədəllinin atası Rafiq Bədəlov oğlunun itkin düşməsi barədə məlumat vermişdi. O, oğlunun evdən çıxmazdan əvvəl ailə üzvlərilə kiçik münaqişə yaşadığını söyləmişdi.

Bənzər yazılar

Back to top button