İdman

Klopp Almaniya millisini çalışdıracaq?

“Liverpul”un baş məşqçisi Yurgen Kloppun meneceri Mark Kosiçk mütəxəssisin Almaniya millisini çalışdıracağı barədə yayılan məlumatlara münasibət bildirib.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, bu məlumatları təkzib edib:

“Yurgenin “Liverpul”la uzunmüddətli müqaviləsi var. Almaniya millisinin də öz baş məşqçisi var. Ümumiyyətlə, bütün bunlar bizi maraqlandırmır”.

Klopp 8 ilə yaxındır (2015-ci ildən) “Liverpul”u çalışdırır. Almaniyalı mütəxəssisin rəhbərliyi altında “mersisaydlılar” bütün mümkün klub turnirlərini qazanıblar. 56 yaşlı mütəxəssisin “Liverpul”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bənzər yazılar

Back to top button