Hadisə

İcra Hakimiyyəti paytaxt sakinlərinin mənzillərini dağıtdırır? – VIDEO

Bakıda yaşadıqları binadan köçmək istəməyən sakinlərin mənzillərinin qapılarının sındırıldığı, evlərinin yararsız vəziyyətə salındığı iddia edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə vəkil Cavad Cavadov sosial şəbəkə hesabında paylaşım edib.

“Bakı şəhəri Yusif Səfərov küçəsində yerləşən vətəndaşlardan zorla alınması tələb olunan binanın köçməyən sakinlərinin evlərinin qapılarını sındırıb içərisini dağıtmağa başlayıblar.

Bu işlərə də Bakı şəhər İcra Hakimiyyətininin vəzifəli şəxsi Zülfəli İsmayılov nəzarət edir və tapşırıqlarını verir.
Dünən, 27 iyul 2022-ci ildə hüquqlarını müdafiə etdiyim və mənzilini icra hakimiyyətinin şərtləri ilə satmayan Solmaz Həmidovanın 10-cu mərtəbədə yerləşən 34 saylı mənzilinin qapısı sındırılıb mənzilin içərisini dağıdılmış və mənzili yaşayışa yararsız hala salınmışdır.

Bütün qanunsuzluqlar video kameralalara düşmüşdür.

Bu əslində qanunsuzluq deyil, vandallıqdır, barbarlıqdır.

Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirəm ki, vandallarını çəksin. Azərbaycan Respublikasının Baş Prokurorluğundan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirəm, hazırki müraciətə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 204-207-ci maddələrinə əsasən, şikayət kimi yanaşıb, bu qanunsuzluğa rəhbərlik edən edən, iştirak edən şəxslər barəsində cinayət işi başlanılsın”, – paylaşımda bildirilib.

https://www.facebook.com/javad.javadov/videos/771685047479986/?t=0

https://www.facebook.com/javad.javadov/videos/795321878173213/?t=3

Bənzər yazılar

Back to top button