CəmiyyətHadisə

Çindən gələn virus xofu: “Azərbaycana idxal edilən mallar yoxlanışdan keçmir”

“Azərbaycanda yoxlanış məsələsi bərbad vəziyyətdədir”.

Bu sözləri Qaynarinfo-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hazırda güclü virus yayılan Çindən Azərbaycana idxal olunan malların təhlükəli olub-olmamasına aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, ölkəmizə xarici ölkələrdən gələn həm insanlar, həm də mallar ciddi şəkildə yoxlanışdan keçmir. Elə bu səbəbdən də, Çindən yayılan virusun Azərbaycana gəlməsi real görünür.

“2006-cı ildə quş qripinin tüğyan etdiyi vaxtlarda mən Portuqaliya səfərindən qayıdırdım. Təyyarədə bizə anket payladılar və quş qripinin əlamətlərini yazmağımızı dedilər. Mən də bütün əlamətləri yazdım. Amma xəstə deyildim. Sadəcə, Səhiyyə Nazirliyini və təyyarədə aparılıan bu işi test etmək istədim. Düşünürdüm ki, mən təyyarədən enən kimi hava limanında qarşılayıb, yoxlanışa aparacaqlar. Lakin nə qarşılayan, nə soruşan oldu. Məlum oldu ki, yalançı anket imiş. O vaxt mən bunu gördüm və dəfələrlə də demişəm. Təəssüflər olsun ki, mənim simamda xarici ölkədən gələn vətəndaşların yoxlanışının nə gündə olduğunu gördüm. Əgər bu viruslar Çindən gələn mallardan keçə bilərsə, bizə də keçə bilər. Çünki ciddi yoxlanışdan keçmir. Bunu öz gözümlə görmüşəm. Bazar qloballaşdıqca, xəstəlik də qloballaşıb bütün dünyanı bürüyür”.

Bənzər yazılar

Back to top button