Cəmiyyət

“Alimi kiməsə tabe edəndə o daha yaxşı alim olmur” – Emin Əmrullayev

“Fərqi yoxdur hansı model tətbiq olunacaq, əsas odur ki, nəticə olsun”.

AzToday.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

“Digər nazirliklərin də tabeliyində elmi-tədqiqat institutları var. Bizim məmur olaraq işimiz odur ki, alimlərimizdən hansı laboratoriyaların lazım olması barədə rəylər alaq. Səmimi deyim ki, kimin kiməsə tabe olması elmə əlavə dəyər qatmır. Alimi kiməsə tabe edəndə o daha yaxşı alim olmur. Onun tədqiqat mühitini yaxşılaşdırmaq lazımdır”, – deyə nazir qeyd edib.

Bənzər yazılar

Back to top button