İdman

Neymar Liqa 1-i Səudiyyə Ərəbistanı çempionatından zəif sayır

Braziliyalı ulduz futbolçu Neymar Səudiyyə Ərəbistanına transferinə münasibət bildirib.

Fanat.az “Lequipe” nəşrinə istinadən xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının artıq Fransa liqası səviyyəsinə çatdığəınə deyib.

“İnsanlar ərəblərin liqasının Liqa 1-dən zəif olduğunu deyirdilər. Halbuki bura ən çox əziyyət çəkdiyim yerdir. Futbol hər yerdə eynidir, çünki top yuvarlaqdır. Ulduzları nəzərə alsaq, bəlkə də bura “Liqa 1”-dən yüksəkdir. Gərgin məşqlər var. Siz bu liqanı görüb izləyəcəksiniz. Mən kuboklar qazanmaq istəyirəm”.

Qeyd edək ki, Neymar hələ “Əl-Hilal”da debüt etməyib. O, Səudiyyə Ərəbistanında dərhal zədələnib.

Bənzər yazılar

Back to top button