İqtisadiyyat

MİDA-nın 13 milyonluq tenderini bu şirkət uddu – Sumqayıtda bina tikəcək

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) keçirdiyi tender müsabiqəsinin qalibi “HN Construction” Qapalı Səhmdar Cəmiyyəti olub.

Yeniavaz.com xəbər verir ki, MİDA Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar “HN Construction” QSC-yə 13 milyon 637 min 770 manat ödəyəcək.

Belə ki, şirkət həmin ərazidə 2, 3, 10 və 11 nömrəli 12 mərtəbəli 1 bloklu yaşayış binalarının tikintisini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, 2010 manat nizamnamə kapitalı olan “HN Construction” QSC-nin qanuni təmsilçisi Məmmədov Elşən Oqtay oğludur. Şirkət 13 noyabr 2015-ci ildə dövlət qeydiyyatına alınıb.

Bənzər yazılar

Back to top button