Dünya

Blinken və Lavrov fevraldan etibarən ilk dəfə “açıq” müzakirələr aparıblar

ABŞ dövlət katibi Entoni Blinken cümə günü Rusiya XİN başçısı Sergey Lavrovla telefonla danışıb. 25 dəqiqə çəkən söhbət Ukraynaya qarşı təcavüzün başlamasından sonra ilk telefon söhbəti olub.

“Kremlin bizim Pol Uilan və Britni Qrinerin azad edilməsi haqqında təklifimizi qəbul etməsində israr etdim”, deyə Blinken jurnalistlərə bildirib, amma Moskvanın bu təklifi qəbul etdiyindən əmin olmadığını deyib.

Ukraynaya gəlincə, Vaşinqton Rusiyanın Ukraynaya qarşı təcavüzə son qoymaq “istəyini” görmür.

Dövlət katibi həmçinin Moskva şərqi və cənubi Ukraynanın ilhaqı planlarını həyata keçirməyə davam edəcəyi təqdirdə bunun nəticələri haqqında Lavrova xəbərdarlıq etdiyini bildirib.

Blinkenin Lavrovla söhbət etdiyi gün Bayden administrasiyası Rusiyayönlü təbliğatın aparılmasına və ABŞ-dakı seçkilərə müdaxiləyə görə Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı əlavə sanksiyalar tətbiq edib.

“Bu fiziki və hüquqi şəxslər Birləşmiş Ştatları, onun müttəfiqlərini və tərəfdaşlarını, o cümlədən Ukraynanı manipulyasiya etmək və sabitliyi pozmaq cəhdlərində iştirak ediblər”, deyə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.

Öz növbəsində, Ağ Ev cümə günü Ukrayna üçün növbəti – 17-ci hərbi yardım paketinin hazırlandığı barədə məlumat verib. Bu barədə jurnalistlərə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kibri bildirib. (Turan)

Bənzər yazılar

Back to top button