GündəmSiyasət

Prezident Mərakeş Kralını təbrik etdi

Prezident İlham Əliyev Mərakeşin milli bayramı münasibətilə Kral Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

AzToday.az xəbər verir ki, dövlət başçısı məktubunda milli bayram münasibətilə Krala və onun simasında qardaş Mərakeş xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdırıb.

“Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, – deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı bu əlamətdar gündə Kral Əlahəzrət VI Məhəmmədə möhkəm cansağlığı, xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, qardaş Mərakeş xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyib.

Bənzər yazılar

Back to top button