Hadisə

Kərəm Həsənov vəzifəsini itirə bilər – Keçmiş fəaliyyəti yoxlanılır…

2019-cu ilin sonlarına yaxın İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənovun fəaliyyəti araşdırılır.

AzToday.az xəbər verir ki, bu barədə hurriyyet.az məlumat yayıb.

Xatırladaq ki, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin edilən Kərəm Həsənovun bununla “toxunulmazlıq” əldə etdiyi güman edilirdi. Lakin etibarlı qaynaqlardan əldə edilən bilgilərə görə, son dönəmlərdə Kərəm Həsənovun Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vəzifəsində çalışırkən bir sıra saxta sənədlərə imza atdığı ortaya çıxıb. Bu səbəbdən də ölkə rəhbərliyinin göstərişi ilə K.Həsənovun fəaliyyəti ilə bağlı ciddi yoxlamalara başlanıldığı bildirilir.

Mənbənin sözlərinə görə, qeyd olunan faktlar aşkara çıxarsa, K.Həsənov Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsi ilə yanaşı, azadlığını da itirə bilər.

Bənzər yazılar

Back to top button