Dünya

ABŞ İraqda hərbi əməliyyatı dayandırdı

ABŞ-ın başçılıq etdiyi İŞİD terror qruplaşması ilə mübarizə üzrə koalisiya Bağdadda general Qasım Süleymaninin öldürülməsindən sonra İraqın hərbi qulluqçularına təlimi dayandırıb.

Qaynarinfo xəbər verir ki, bu barədə bundesverin komandanlığının hərbi missiya məsələləri üzrə başçısı general-leytenant Erix Pfefferanın məktubuna istinadən “Reuters” agentliyi məlumat yayıb.

Məktubda qeyd edilib ki, ABŞ-ın general-leytenantı Pet Uayt “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində İraqda cəbhə boyu düzülmüş qüvvələrin müdafiəsinin səviyyəsini yüksəltmək barədə qərar qəbul edib.

“Beləliklə, İraq silahlı qüvvələrinin və bu ölkənin bütün ərazisində təhlükəsizlik qüvvələrinin hazırlığı müvəqqəti dayandırılıb”, – Pfeffer bildirib.

O, əlavə edib ki, göstərişə əməl etmək ölkənin İraqdakı poliqonlarda əməliyyat çərçivəsində iştirak edən bütün tərəfdaşları üçün zəruridir.

Bənzər yazılar

Back to top button