Cəmiyyət

İçərişəhərdə biabırçılıq: Bulağı kimlər qurudub? (FOTO)

Içərişəhərdə fəaliyyət göstərən bulağa gələn suyun Karvansara restoranı tərəfindən kəsilib.

Qlobal.az-a bu barədə məlumat verən vətəndaşlar qeyd edir ki, ərazidə hökm sürən acınacaqlı vəziyyət xeyli müddətdir davam edir.

“Əvvəllər bu bulağın çox sərin suyu olurdu. Bulaqdan İçərişəhəri ziyarətə gələn insanlar istifadə edirdilər. Ancaq bir müddətdir ki, bulağın suyu kəsilib. Bulağa gələn suyun Karvansara restoranı tərəfindən kəsilib. Bu haqda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyi xəbərdar olsa da, bu acınacalı durumun qarşısının alınması üçün heç bir addım atmırlar”-deyə, məlumatda qeyd olunur.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan məsələyə münaisbət bildirilmədi.

Bənzər yazılar

Back to top button