Dünya

Çin hər zaman öz müdafiəsini təmin edəcək hər cür risk və çətinləklərlə üzləşməyə hazırdır

“Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək”.

Bunu Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin hərbi attaşesi Vanq Lei Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Attaşe deyib ki, ölkələrimiz arasındakı əlaqələrin tarixi çox qədimdir. Xalqlarımız hələ 2 min il öncə Böyük İpək Yolu vasitəsilə ticarət əlaqələri saxlayıb: “Çin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub. İki ölkə arasında 30 illik diplomatik münasibətlər Azərbaycan və Çin liderləri tərəfindən daha da inkişaf etdirilir, iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlıq daha da genişlənir”.

Vanq Lei qeyd edib ki, ölkələrimiz arasında beynəlxalq və regional əməkdaşlıq getdikcə daha da inkişaf edir. Hər iki lider – Si Tsinpin və Prezident İlham Əliyevin güclü rəhbərlikləri altında iki ölkə Silahlı Qüvvələrinin birgə səyləri ilə hər iki tərəf dialoq, strateji məsləhətləşmələr və praktik əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək: “Əminik ki, münasibətlərimiz mütləq yeni mərhələyə qədəm qoyacaq. Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək”.

Çin ordusunun yaranmasından, onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən bəhs edən hərbi attaşe deyib ki, Çin ordusu dünyada sülhün qorunmasına böyük töhfələr verib: “Çin xalqı daim sülhsevərliyi ilə tanınıb, eyni zamanda özünümüdafiə qabiliyyətini ildən-ilə daha da inkişaf etdirib. Çin Silahlı Qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, dünyada sülhün möhkəmlənməsi üçün əməli tədbirlər görür”.

Vanq Lei deyib ki, ötən 95 il ərzində Çin Kommunist Partiyasının uzaqgörən rəhbərliyi altında Çin Azadlıq Ordusu milli varolma, milli müstəqillik, xalqların azadlığı, regional sabitlik və dünyada sülhün bərqərar olması üçün qəhrəmancasına mübarizə apararaq milli suverenliyin mühafizəsi, təhlükəsizliyin təminatında və dünyada sabitliyin qorunmasında mühim rol oynayıb. Ölkə xalqı daima sülhsüvərliyi ilə tanınıb. Çin dövləti dinc inkişaf yoluna sadiqdir və həmişə aktiv müdafiəyə əsaslanan milli müdafiə siyasəti yürüdüb. Attaşenin sözlərinə görə, ölkəsinin heç vaxt genişlənmə, təsir dairəsini artırmaq, hegemonluq etmək kimi niyyətləri olmayıb. Onun sözlərinə görə, yeni dövrdə Çinin milli müdafiəsini təqdir edən də məhz bu xüsussiyyətlərdir. Çin öz Silahlı Qüvvələrini müasirləşdirmək və gücləndirmək yönümündə durmadan uğurlara imza atmaqdadır: “Ölkəmiz hər zaman öz müdafiəsini təmin edəcək, milli maraqlarını maksimum qoruyacaq və həm də bu yolda hər cür risk və çətinləklərlə üzləşməyə hazırdır. Çin böyük bir ölkə olaraq bəşəriyyət üçün ümumi gələcəyi olan icma konsepsiyasını vicdanla həyata keçirir” deyən diplomat qeyd edib ki, ölkəsi həmçinin, beynəlxalq vəzifələrini səmərəli şəkildə yerinə yetirir”.

Beynəlxalq əməkdaşlığa toxunan Vanq Lei bildirib ki, Çin yeni dövrdə beynəlxalq əməkdaşlığı hərtərəfli inkişaf etdirməklə yanaşı, bütün dünya qurumları ilə qarşılıqlı etimadı gücləndirməyə davam edir. Əlavə edib ki, Çin ordusu BMT-nin sülhməramlı əməliyyatlarında aktiv iştirak edir, BMT TŞ-na daimi üzv ölkələr arasında ən böyük qoşun yerləşdirən dövlət olmaqla yanaşı, beynəlxalq dəniz müşaiyyətində, təbii fəlakətlrin nəticələrinin aradan qaldırılmasında, koronavirus epidemiyası ilə mübarizə və humanitar yardımların çatdırılmasında iştirak edir, dünyada sülhü qorumaq üçün əməli tədbirləri həyata keçirir.

Bənzər yazılar

Back to top button