Dünya

Departament qərar verdi: Trampın gizli danışıqları açıqlanacaq

ABŞ Dövlət Departamenti rəsmi Vaşinqtonun Ukrayna siyasəti ilə bağlı sənədlərin ictimailəşdirilməsinə razılıq verib.

Qaynarinfo xəbər verir ki, Dövlət Katibi Mayk Pompeo, Prezident Donald Trampın vəkili Rudolf Culianinin Kiyevlə yazışmaları da ictimaiyyətə açıqlanacaq. Vaşinqton məhkəməsi bununla bağlı qərar çıxarıb. Dövlət Departamenti sənədləri 22 noyabrda təqdim edəcək.

Qeyd edək ki, sənədlər Donald Trampın impiçment prosesi ilə əlaqədar tələb edilib. D.Tramp Ukrayna Prezidenti Vladimir Zelenskidən növbəti seçkilərdə rəqiblərindən olan Co Baydenin Ukraynada fəaliyyət göstərən oğlu Hanter Baydeni araşdırmasını istəyib.

Tramp və Zelenski arasında 25 iyul və 25 sentyabrda telefon danışığı baş tutub. Məsələ mediada dərc ediləndən sonra qalmaqal yaşanmış, Nümayəndələr Palatasının Demokratlar Partiyasından seçilmiş üzvü Nensi Pelosi impiçment prosesinin başlandığını elan etmişdi.

Bənzər yazılar

Back to top button