Hadisə

Penitensiar Xidmətin rəisi yeni restoran açdı – FOTO

Dünən Salyan rayonu ərazisində “Yolüstü” adlı restoranın açılış mərasimi keçirilib.

Sözügedən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir.

AzToday.az demokrat.az-a istinadla xəbər verir ki, həmin restoran Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini – Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun oğluna məxsusdur.

Restoranın dünən baş tutan təmtəraqlı açılış mərasimində Ceyhun Həsənovun oğlu da iştirak edib. Qeyd edək ki, Ceyhun Həsənov Salyan rayonunun Yolüstü kəndində doğulub.

Bənzər yazılar

Back to top button