Hadisə

Sabir Rüstəmxanlının oğlu Ziya Məmmədovun qardaşı qızından boşandı – FOTO

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı da həyat yoldaşından boşanıb.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, C. Rüstəmxanlı ilə həyat yoldaşı Günel Rüstəmxanlı-Məmmədova arasında olan nigah pozulmuş hesab edilib. Bu barədə Yasamal rayon Məhkəməsi 11 mart 2024-cü il tarixli qətnamə çıxarıb.

Qətnamədə göstərilib ki, C. Rüstəmxanlı ilə G. Rüstəmxanlı arasında Bakı Nigah Evində 02 iyun 2012-ci il tarixdə 1025 nömrəli akt qeydi ilə bağlanmış nigah pozulsun. Sənədə əsasən, tərəflərin birgə nigahından anadan olmuş 08 mart 2013-cü il təvəllüdlü və 17 iyun 2016-cı il təvəllüdlü övladları anaları G. Rüstəmxanlı – Məmmədovanın yanında qalmaları müəyyən edilib.

Xatırladaq ki, bir müddət öncə-14 fevral tarixində Sabir Rüstəmxanlının qızı Aydan Rüstəmxanlı-Cəfərova müğənni Elçin Cəfərovdan boşanmışdı.

Qeyd edək ki, millət vəkilinin oğlu Cəmil Rüstəmxanlının həyat yoldaşı Günel Rüstəmxanlı sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun qızıdır.

Bənzər yazılar

Back to top button