Siyasət

Qarabağda ermənilər nə qədər itki verib? – Hərbi ekspert (VİDEO)

“Qarabağda erməni hərbiçilərinin itkilərinin sayı 5 minə yaxın olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, erməni rəsmiləri itkilərinin sayının 4 mini keçməyəcəyini açıqlayıb:

“Amma yanvarın 24-də 72 nəfərin yenidən siyahısı dərc olundu. Hazırda Ermənistan rəsmiləri itkin düşənlərlə birlikdə 4 minə yaxın itkiyə malik olduğunu təsdiqləyir.

Hələ də döyüş əməliyyatları teatrında erməni hərbçilərin cəsəd qalıqları tapılır, hələ də itkinləri mövcuddur, erməni tərəfi 235 nəfərin bizdə əsir olduğunu iddia edir. Azərbaycan isə 9 noyabrdan sonra əsir götürülənləri terrorçu kimi məsuliyyətə cəlb edir. Tanınması mümkün olan erməni cəsədinin 103 gün morqda saxlanılması faktı da məlumdur. Bütün bu faktları və səslənən bəyanatları, həmçinin də Azərbaycan Ordusunun müxtəlif atəş sistemləri ilə, o cümlədən pilotsuz vasitələrlə düşmənə endirdiyi zərbələri nəzərə alaraq, düşmən itkilərinin 5 minə çatacağını deyə bilərik”.

Bənzər yazılar

Back to top button