İdman

Ronaldu boks rinqinə çıxacaqmı? – Kurbanov nə danışdıqlarını açıqladı

Boksçu Maqomed Kurbanov özbəkistanlı İsrail Madrimovla WBA versiyası üzrə Ər-Riyadda keçirəcəyi dünya çempionluğu uğrunda döyüş ərəfəsində Kriştianu Ronaldu ilə görüşüb.

Fanat.az xəbər verir ki, Kurbanovun portuqaliyalı superulduzla nə danışdığını “RCC Boxing Promotions” şirkətinin rəsmi saytı belə çatdırıb:

“Zala gedərkən döyüş, çəki atmaq və başqa şeylər ətrafında söhbət etdik. Mənə qarşıdakı döyüşdə uğurlar arzuladı. Nə vaxtsa rinqə çıxıb-çıxmyacağını soruşdum. Cavabı belə oldu: “Yox, mən ancaq oynayıram”.

Xatırladaq ki, Kurbanovla Madrimov “Knockout Chaos” çərçivəsində martın 8-də üz-üzə gələcəklər.

Bənzər yazılar

Back to top button