Dünya

Asiyanın yeni ən varlı qadını indi odur – 11,3 milyard dollar sərvətlə

Çində daşınmaz əmlak sənayesində baş verən son fırtına Asiyanın ən varlı qadınlarının reytinqini dəyişib.

Cümə gününə olan məlumata görə, Bloomberq Milyarderlər İndeksində çinli Yanq Huiyanı (Yang Huiyan) geridə qoyaraq Asiyanın ən zəngin qadını hindistanlı Savitri Cindal (Savitri Jindal) olub.

72 yaşlı Cindalın 11,3 milyard dollar sərvəti metal və enerji kimi müxtəlif iş sahələrində fəaliyyət göstərən “Jindal Group”a əsaslanır. Hindistanlı Cindal ölkəsinin 10-cu ən zəngin adamıdır. Cindal holdinqin qurucusu, həyat yoldaşı O.P.Cindal 2005-ci ildə helikopter qəzasında həlak olduqdan sonra onun biznesinə rəhbərlik edib.

Sərvəti daşınmaz əmlak sektorundakı fəaliyyətlərə əsaslanan çinli Yanqın sərvəti, səhmlərinin yüzdə 60-ına sahib olduğu Çinin ən böyük daşınmaz əmlak şirkəti “Country Garden”in azalmasının da təsiri ilə 11 milyard dollara çatıb.

AzPolitika.info

Bənzər yazılar

Back to top button