İdman

Yeni mövsümə Rahid Əmirquliyevin rekordu ilə

Bu həftə Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü start götürəcək.

Fanat.az xəbər verir ki, Peşəkar Futbol Liqası 31-ci milli çempionatın startı ərəfəsində yarışda ən çox oyun keçirən 30 futbolçunun siyahısını tərtib edib.

Mütləq rekord Rahid Əmirquliyevə məxsusdur. Mahmud Qurbanovun göstəricisini ötən mövsüm arxada qoyan yarımmüdafiəçi qarşıdakı çempionatda da iştirakçılar sırasında olacaq.

Yalnız bu iki oyunçu – “Səbail”lilər “400” səddini arxada qoyublar. İlk “üçlüy”ü Rəşad Sadiqov qapayır.

1. Rahid Əmirquliyev 439
2. Mahmud Qurbanov 421
3. Rəşad Sadiqov 392
4. Azər Məmmədov 388
5. Aslan Kərimov 382
6. Rəşad Abdullayev 378
7. Aqil Məmmədov 363
8. İsmayıl Məmmədov 351
9. Elvin Məmmədov 347
10. Maksim Medvedev 344
11-12. Asif Məmmədov 343
Rəşad Sadıqov 343
13. Vurğun Hüseynov 337
14. Elnur Abdullayev 334
15. Vüqar Nadirov 332
16. Rail Məlikov 328
17. Kənan Kərimov 327
18. Nadir Nəbiyev 316
19-20. Mübariz Orucov 311
Rauf Əliyev 311
21. Tural Axundov 308
22. Müşfiq Hüseynov 305
23. Ədəhim Niftəliyev 303
24-25. Arif Daşdəmirov 302
Kamal Quliyev 302
26. Mehman Yunusov 298
27. Viktor İqbekoyi 294
28. Aleksandr Çertoqanov 293
29. Vidadi Rzayev 291
30. Rövşən Əhmədov 290

Bənzər yazılar

Back to top button