Siyasət

Lavrov və Mirzoyan nəqliyyat dəhlizi barədə danışdılar

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

AzToday.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xüsusilə Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin açılması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması, 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin icra vəziyyəti nəzərdən keçirilib, onların hərtərəfli və səmərəli icrasına dair öhdəlik bir daha təsdiq edilib.

Bənzər yazılar

Back to top button