Sağlamlıq

Son sutkada koronavirusa yoluxanların sayı 500-ü keçdi

Azərbaycanda koronavirusa 531 yeni yoluxma qeydə alınıb, 294 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə AzToday.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Son gündə koronavirus əleyhinə 2 195 vaksin vurulub.

Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 213 təşkil edib.

Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 368 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 237 nəfər olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 820 206 təşkil edir.

Bənzər yazılar

Back to top button