İdman

Poçettino ilk dəfə danışdı: “Məni Mbappe qovdurmayıb”

Keçən ay PSJ klubunun baş məşqçi postundan kənarlaşdırılan Maurisio Poçettino nəhayət, susqunluğunu pozub.

Fanat.az xəbər verir ki, təcrübəli mütəxəssis Argentinanın “Infobae” nəşrinə müsahibəsində il yarım çalışdığı Paris klubundan gedişi barədə danışıb.

O, PSJ-nin uğursuzluğuna və qovulmasında Kilian Mbappenin roluna toxunub:

“PSJ-də hər şey Çempionlar Liqasına yönəlib və bu, bəzən diqqəti yayındıra bilər. Digər yarışlar PSJ-nin üstünlüyünə görə təbii qəbul edilir. Çempionlar Liqası vəsvəsədir və qələbədən başqa nəticələr uğursuzluq hesab edilir. Ancaq bu, təkcə ötən mövsümlə bağlı deyil. Məqsədi həmişə Çempionlar Liqasını qazanmaq olan yeni sahiblərin gəlişindən bəri, xüsusilə də son 10-11 ildə uğursuzluq davam edir.

Qovulmağıma Mbappe səbəb olub? O, dünyanın ən yaxşı oyunçularından biridir. Düşünürəm ki, PSJ onu qalmağa inandırmaqla böyük iş gördü, bunun üçün böyük resursları vardı. Ancaq klubun yeni layihəsini Kilianın hazırladığını və ya getməyimə təsir etdiyini düşünmürəm”.

Bənzər yazılar

Back to top button