Gündəm

Ermənistan itkin düşən hərbçimizi təhvil verdi

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi iyulun 23-də yaydığı məlumatda bildirib ki, həmin gün günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, şəbəkədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan sözügedən əsgərin ötən gün – avqustun 2-də Rusiya sülhməramlı kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan tərəfinə təhvil verildiyini açıqlayıb:

“İyulun 23-də saat 13:30-da Geqarkunik rayonu ərazisindəki sərhəd zonasında erməni mövqe mühafizəçiləri Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbayev Kamiz Mübariz oğlunu sərhədi keçərkən aşkar ediblər. Müzakirə nəticəsində onun itdiyi məlum olub”.

Bənzər yazılar

Back to top button